AZ   |   RU
Ərdoğanı təhqir etdiyinə görə CHP sədrinə iddia qaldırılıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı təhqir etdiyinə görə CHP sədri Özgür Özələ 500 min TL təzminat iddiası açılıb.

Missiya.Az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə Ərdoğanın vəkili Hüseyn Aydın məlumat yayıb.

"CHP sədri Özgür Özəl tərəfindən qeyri-adi qurultayda prezidentimizi hədəf alan "xunta üzvü" kimi əsassız ittihamlar və təhqiramiz ifadələr səbəbilə Ankara Asliye Hüquq Məhkəməsində 500 min TL mənəvi təzminat iddiası qaldırılıb. Bundan başqa, Ankara Cümhuriyyət Baş Prokurorluğuna müraciət edilib", - vəkil bildirib.


Zərintac Mayisqızı
Missiya.Az




  • 8-04-2025, 15:24