AZ   |   RU
İşlədiyi bağçada intihar etdi

Bakıda intihar hadisəsi baş verib. 


Missiya.Az "Qafqazinfo”ya istinadla xəbər verir ki, hadisə dünən axşam saatlarında Sabunçu rayonu Maştağa qəsəbəsində yerləşən 9 saylı uşaq bağçasında qeydə alınıb. 


Belə ki, bağçada fəhlə işləyən 1981-ci il təvəllüdlü Cəlal Musayev müəssisənin qazanxanasında özünü asıb. 


Onun hansı səbəbdən intihar etdiyi məlum deyil. 


Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.




  • 8-04-2025, 14:55