AZ   |   RU
Fon der Lyayen sənayeçilərlə ABŞ rüsumlarına cavab tədbirləri barədə danışıqlar aparır

Avropa Komissiyası ABŞ rüsumlarına cavab olaraq ticarətlə bağlı yeni əks-tədbirlər strategiyasının hazırlanması üçün məlumat toplayır.


Missiya.Az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

"Avropa Komissiyasının sədri Ursula fon der Lyayen bu gün metallurgiya sənayesinin nümayəndələri ilə telefon danışığı aparıb, daha sonra isə ABŞ rüsumlarına cavab tədbirləri ilə bağlı müzakirə aparmaq üçün avtomobil sektorunun nümayəndələri qarşısında çıxış edəcək", - deyə bildirilib.

Agentlidən qeyd olunub ki, zənglərin məqsədi Vaşinqtonun polad idxalına elan etdiyi rüsumlara Brüsselin gözlənilən cavabından kənara çıxan sonrakı ticari əks-tədbirlər strategiyasının hazırlanması üçün əlavə məlumat toplamaqdan ibarətdir. Sözügedən məsələ ilə bağlı səsvermə həftənin sonuna planlaşdırılıb. Üçüncü görüşün aprelin 8-də Avropa əczaçılıq sənayesinin nümayəndələri ilə keçirilməsi planlaşdırılıb.


Zərintac Mayisqızı
Missiya.Az



  • 7-04-2025, 15:46