AZ   |   RU
Qəzzada həlak olan jurnalistlərin sayı açıqlanıb

Qəzza bölgəsində 7 oktyabr 2023-cü ildən bəri davam edən hərbi əməliyyatlar nəticəsində həlak olan KİV əməkdaşlarının sayı 210 nəfərə çatıb.

Missiya.Az 
xəbər verir ki, bu barədə Fələstin mediası məlumat yayıb.

Aprel ayının əvvəlindən bəri anklavın cənubunda yerləşən Xan-Yunist şəhərində KİV nümyəndələrinin olduğu düşərgənin vurulması nəticəsində bir jurnalist həyatını itirib, daha doqquzu isə yaralanıb.

Qeyd edək ki, HƏMAS-ın Qəzzada atəşkəs və əsirlərin mübadiləsi haqda Doha sazişinin ikinci mərhələsi üzrə danışıqlarda vasitəçilərin irəli sürdüyü şərtləri rədd etməsindən sonra İsrail bölgədə geniş miqyaslı hərbi əməliyyatlara başlayıb.




Zərintac Mayisqızı
Missiya.Az



  • 7-04-2025, 15:03