AZ   |   RU
Peskov Rusiya və ABŞ arasında növbəti danışıqlardan danışıb

“Rusiya və ABŞ nümayəndələri arasında növbəti danışıqlar üçün hələlik konkret tarix yoxdur, lakin hər iki tərəf təmasların davam etdirilməsinin zəruriliyini başa düşür”.


Missiya.Az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov məlumat verib.


“Həqiqətən, bu danışıqların davamı olmalıdır. Bu, ümumi anlaşmadır”, - deyə siyasətçi vurğulayıb.


Peskov danışıqlar üçün konkret tarix təyin olunduğu zaman məlumat verəcəyini qeyd edib.



Daşqın Həsənov
Missiya.Az



  • Dünən, 14:34