AZ   |   RU
“Unibank"da yeni təyinat olub


Unibank KB rəhbərliyinin qərarı ilə İlkin Quliyev Baş biznes inzibatçısı vəzifəsinə təyin olunub. 


Missiya.Az xəbər verir ki, o, bu təyinatadək Accessbank QSC-də İdarə Heyətinin üzvü və Korporativ və pərakəndə bankçılıq üzrə icraçı direktor vəzifəsində çalışıb. 


İlkin Quliyev bank sahəsində fəaliyyətə “Unibank”dan başlayıb. Uzun illər bankda müxtəlif vəzifələrdə çalışıb. İlkin Quliyev Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “İqtisadiyyatın idarə olunması” üzrə bakalavr, İngiltərənin Nyukasl Biznes Universitetində “Bank və Maliyyə” üzrə magistr təhsili alıb.





  • 4-04-2025, 13:23