Bazar 6 Aprel 2025 / 4:52:08
                    AZ   |   RU
Myanmada zəlzələ nəticəsində ölənlərin sayı 3085 nəfərə çatıb


Myanmada baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 3085 nəfərə çatıb, 4714 nəfər yaralanıb.

Missiya.Az
xəbər verir ki, bu barədə “Xinhua“ agentliyi məlumat yayıb.


Bildirilib ki, 341 nəfər itkin düşmüş hesab olunur.


Xatırladaq ki, martın 28-də Myanmada zəlzələ baş verib.


Taylandın Meteorologiya Departamenti onun maqnitudasını 8,2 bal gücündə qiymətləndirib. Bundan sonra 6,4 bal gücündə ikinci zəlzələ olub. Təbii fəlakət Taylanda da təsir edib, yeraltı təkanlar Çin və Vyetnamda hiss edilib. Myanmada baş verən zəlzələ yaşayış binalarına və infrastruktura ziyan vurub.




Zərintac Mayisqızı
Missiya.Az




  • 3-04-2025, 10:18