AZ   |   RU
Millimiz Avropa çempionatının əsas mərhələsində bu gün ilk matçını keçirəcək

Azərbaycanın 19 yaşadək futzalçılardan ibarət millisi Avropa çempionatının əsas mərhələsində bu gün ilk oyununu keçirəcək.


Missiya.Az xəbər verir ki, kollektiv Bosniya və Herseqovina ilə üz-üzə gələcək.


Xorvatiyanın Omiş şəhərində yerləşən Ribnyak İdman Sarayında baş tutacaq görüş Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.


Matçı Rastislav Behancin (Slovakiya), Liviu Dumitru Çita (Rumıniya) və Kastriot Qerxhaliu (İsveç) ibarət hakimlər briqadası idarə edəcək.




  • 26-03-2025, 09:41