AZ   |   RU
Çilidə 5,4 bal gücündə zəlzələ baş verib

Çilinin şimalındakı Tarapaka bölgəsində 5,4 bal gücündə zəlzələ qeydə alınıb.


Missiya.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.


Məlumata görə, yeraltı təkanların episentri 105 min insanın yaşadığı Alto Ospisio şəhərindən 123 km şərqdə yerləşib.


Tələfat və dağıntılar barədə məlumat yoxdur.



  • 26-03-2025, 09:27