AZ   |   RU
Kəbədə 500 min adamla gündəlik Ümrə rekordu qırıldı


Səudiyyə Ərəbistanındakı Haramayn İşləri Rəyasət Heyəti 500 min nəfərlə ümrə zəvvarlarının tarixinin ən yüksək gündəlik sayına martın 7-də çatdığını açıqlayıb.

Missiya.Az 
xəbər verir ki, bu barədə qurumun sosial media hesabında bildirilib.

Məscidül-Həramın girişlərində yüksək texnologiyalı, həssas sensorlar vasitəsilə Ümrə zəvvarlarının sayı real vaxt rejimində izlənilməyə başlanıb. Bundan əlavə, qabaqcıl smart kameralar sayəsində giriş nöqtələrində hərəkət diqqətdə saxlanılır. Beləliklə, sıxlığı yüksək olan ərazilər tez bir zamanda müəyyən edilir və daha effektiv idarəetmə əldə edilir. Bu effektiv izlənmə ilə rekord hədd müəyyən olunub.




Zərintac Mayisqızı
Missiya.Az



  • Dünən, 15:23