Cümə 14 Mart 2025 / 13:30:03
                    AZ   |   RU
Türkiyə döyüş təyyarələri Suriyanın şimalına zərbələr endirib - PKK/YPG-yə qarşı əməliyyat


Türkiyə döyüş təyyarələri Suriyanın şimalında PKK/YPG təşkilatına məxsus qurğular, düşərgələr, enerji və neft yataqları da daxil olmaqla bir çox hədəfi vurub.

 

Missiya.Az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.  


Məlumatda o da qeyd olunur ki, Türkiyə silahlı qüvvələrinin böyük hərbi karvanı Bab əl-əva sərhəd keçid məntəqəsindən İdlibə daxil olub.


Suriya təhlükəsizlik qüvvələrinin keçirdiyi əməliyyat nəticəsində Tartusda bir qrup Əsəd tərəfdarı saxlanılıb.


Elcan

Missiya.Az




  • 7-03-2025, 10:25