AZ   |   RU
Sumqayıtda 33 yaşlı kişinin sevgilisi tərəfindən bıçaqlandığı iddia olunur

Sumqayıtda 33 yaşlı kişinin sevgilisi tərəfindən bıçaqlandığı iddia olunur.


Missiya.Az APA-ya istinadla xəbər verir ki, hadisə şəhərin 5-ci mikrorayon ərazisində qeydə alınıb.


1992-ci il təvəllüdlü Əmrah Eldar oğlu Xudiyevin aralarında yaranmış münaqişə zəminində qeyri-rəsmi yaşadığı Nailə adlı xanım tərəfindən bıçaqlandığı deyilir.


Yaralı dərhal xəstəxanaya çatdırılıb.


Faktla bağlı araşdırma aparılır.



  • 7-03-2025, 09:13