AZ   |   RU
Naxçıvan İpoteka Fondunda yoxlama keçirilir


"Naxçıvan İpoteka Fondu" ASC-də yoxlama keçirilir. 


Missiya.Az APA-ya istinadla xəbər verir ki, yoxlama Azərbaycan Respublikası Hesablama Palatası tərəfindən keçirilir.


 Hesablama Palatasından sorğuya cavab olaraq bildirilib ki, 2025-ci ilin iş planına əsasən, "Naxçıvan İpoteka Fondu" Açıq Səhmdar Cəmiyyətində nəzarət tədbiri həyata keçirilir və "Hesablama Palatası haqqında" Qanunun 22-ci maddəsinə uyğun olaraq audit prosesi davam edir.



  • 6-03-2025, 14:12