
Alimlər insan bədənindəki yaşlanma prosesinin iki kritik yaş dönəmində daha da sürətləndiyini deyib.
Araşdırmalara görə ən kəskin dəyişikliklər 44 və 60 yaşlarında baş verir. Belə ki, bizdə zamanla yox, sadəcə müəyyən dövrlərdə həqiqətən dramatik dəyişikliklər yaşayırıq. Hansı molekul sinfinə baxarsaq baxaq, bu belə qalır, dəyişməz reallıqdır.
Qocalma mürəkkəb bioloji dəyişikliklər prosesinə əsaslanır və bir çox xəstəliklərin riskini artırır. Mütəxəssislər bir neçə il ərzində müntəzəm qaydada 108 yetkin insanın bioloji nümunələrini tədqiq ediblər. Cəmi 135 mindən çox bioloji faktor təhlil edilərək, yaşlanma prosesində əhəmiyyətli dəyişikliklər göstərən molekullar müəyyənləşdirilib.
Məlumata görə, bədəndəki molekulların təxminən 81 faizi 44-60 yaş arasında əhəmiyyətli dəyişikliklər göstərir. 40 yaşlarında lipid, kofein və spirt mübadiləsi, ürək-damar xəstəlikləri, dəri və əzələ funksiyaları ilə bağlı molekullarda əhəmiyyətli dəyişikliklər baş verdiyi halda, 60 yaşlarında karbohidrat mübadiləsində, immun sistemində və böyrək funksiyalarında dəyişikliklər müşahidə edilib.
İstər kişi, istərsə də qadın olsun eyni yaş aralığında eyni şeyləri yaşayırlar, qocalmağa başlayırlar.
Zərintac Mayisqızı
Missiya.Az