AZ   |   RU
Paşinyan siyasi rəqiblərini dinləmək üçün 7 milyon dollara cihaz alıb - "Apple"dən XƏBƏRDARLIQ

Ermənistanın baş naziri Nikol Paşinyan siyasi rəqiblərini təqib etmək üçün yeni metoda əl atır. Paşinyanın tapşırığı ilə Ermənistanın Milli Təhlükəsizlik Xidməti onun rəqiblərinin siyasi fəaliyyətini izləmək üçün İsrail istehsalı “Pegasus” casus proqramından istifadə etməyə başlayıb. 

Missiya.Az
xəbər verir ki, bu barədə Ermənistanın müxalif “Şərəfim var” fraksiyasının rəhbəri Artur Vanetsyan “Facebook” hesabında paylaşım edib. 

O bildirib ki, “Apple” şirkətindən dinlənilmə ehtimalının olduğuna dair xəbərdarlıq məktubu alıb. 

Sitat: ““Pegasus” proqramı ilə təkcə mən yox, yaxın ətrafımın və ailə üzvlərimin teleonlarına hücum edilib. Bu gün “Apple” şirkətindən məktub aldım. Məktubda “Apple” şirkəti telefonu təhlükəsiz saxlamaq üçün məsləhətlər verir”, - sitatın sonu. 

Təhlükəsizlik üzrə ekspert Ruben Muradyan da özünün “Facebook” səhifəsində Ermənistanda ən azı iki nəfərin telefonlarında “Pegasus” casus proqramının quraşdırıldığı barədə “Apple”-dan xəbərdarlıq məktubu aldığını bildirib.

Ermənistan mətbuatı yazır ki, hökumət tam məxfi prosedurla həyata keçiriləcək “Ermənistan baş naziri Aparatının texniki təchizatının təkmilləşdirilməsi” maddəsi üzrə dövlət büdcəsindən 26 milyon 239 min dram ayırmağa hazırlaşır. Layihə hökumətin noyabrın 25-də keçiriləcək iclasının gündəliyinə daxil edilib. Ayrılacaq maliyyənin bir hissəsi texniki avadanlıqların alınmasına xərclənəcək. 

Qeyd edək ki, İsrail istehsalı “Pegasus” dinləmə cihazının qiyməti 7 milyon dollardır. Cihaz əsasən müxalif fəalların və jurnalistlərin dinlənilməsi üçün istifadə olunur. Proqram vasitəsi ilə hər hansı bir şəxsin telefonuna onun xəbəri olmadan daxil olub, fotolara, videolara baxmaq, həmçinin kameranı və mikrofonu aktivləşdirmək mümkündür. Dinləmə cihazı fiziki şəxslərə satılmır. Xatırladaq ki, yay aylarında baş nazir Nikol Paşinyanın 7 milyon dollara “Pegasus” casus sistemi aldığı barədə xəbər yayılmışdı.

Elvin 
Missiya.Az


  • 25-11-2021, 16:09