AZ   |   RU
Regionlarımızda sənayeləşmə niyə zəifdir? – Ekspert açıqladı



Regionlarda sənayeləşmə məsələsində paytaxt Bakıya nisbətən zəiflik var. Sənayeləşmə iqtisadiyyatın müxtəlif sahələrinin inkişafına, daha çox iş yerlərinin yaradılması ilə nəticələnir. Hətta bəzi bölgələrimizdə sənayeləşmə, belə demək mümkünsə, yox dərəcəsindədir. Bakı ölkənin iqtisadi mərkəzi kimi sənayeləşmə istiqamətində birinci sıradadır. Təəssüf ki, bunu regionlarda müşahidə edə bilmirik.

İqtisadçı-ekspert Əkrəm Həsənov Missiya.Az –a açıqlamasında deyib ki,  sənayeləşmə üçün ilk növbədə vəsait ayrılmalıdır:

“Regionlarda vəsait azdır. Habelə, qeydiyyatı, sənədi olan daşınmaz əmlak, bir ərazi olmalıdır. Bu da bölgələrimizdə ciddi problemdir. Bəzi bölgələrimizdə  elə  ərazilər var ki, sənədi yoxdur. Regionlarda kadr çatışmazlığı da müşahidə edilir. Əhalinin əksəriyyəti, savadlı mütəxəssislər Bakıdadır. Bölgələri bir-birinə bağlayan normal yol infrstarukturu da qurulmayıb. Hər şey paytaxta bağlanıb. Məsələn, Qubadan Gəncəyə birbaşa getmək olmur. Bakıya gəlib oradan Gəncəyə getməlisiniz. Ancaq Qubadan birbaşa həmin şəhərə daha tez çatmaq olardı, nəinki Bakıdan getmək... Belə olduğu təqdirdə niyə sahibkar gedib regionlarda sənaye işi ilə məşğul olsun ki? Sözügedən işi sahibkar görür. Ona maraqlı deyil ki, maliyyə qoysun, kadr axtarsın, ərazi alsın və s. O cümlədən bölgələrimizdə müəyyən özbaşınalıqlara daha çox yol verilir”.



Zərintac Mayisqızı
Missiya.Az






  • Bu gün, 10:40