AZ   |   RU
Ukrayna 800 milyon kubmetr qaz idxalı planlaşdırır

Ukrayna Rusiyanın infrastruktura zərbələri səbəbindən 40 faiz azalan qaz hasilatını kompensasiya etmək üçün fevral və mart aylarında 800 milyon kubmetr qaz idxal etməyi planlaşdırır.

Missiya.Az
xəbər verir ki, bu barədə "Reuters" ölkənin qaz hasilatı sənayesindəki mənbəyə istinadən məlumat yayıb.


Məlumatda diqqətə çatdırılıb  ki, Rusiya 2022-ci ildən ölkənin elektrik enerjisi istehsalı sektorunu ciddi şəkildə hədəfə alıb. Nəticədə "Naftoqaz"ın infrastrukturuna əhəmiyyətli dərəcədə ziyan dəyib.


"Müharibədən əvvəl ölkədə gündəlik mavi yanacaq hasilatının həcmi 52 milyon kubmetr təşkil edirdi. İndi isə bu göstərici əhəmiyyətli dərəcədə aşağı düşüb. Biz qış mövsümünədək yerli tələbatı hasilata ehtiyac olmadan təmin edə bilirdik, lakin qışda qazdan istifadə həcminin artması bu sahədəki çatışmazlığı aradan qaldırmaq üçün idxala zərurət yaradıb", - deyə bildirilib.




Zərintac Mayisqızı
Missiya.Az



  • 21-02-2025, 16:16