AZ   |   RU
Amerikalı yazıçı Trampı və İlon Maskı “Putinin sevgilisi” adlandırıb

Amerikalı yazıçı Stiven Kinq ABŞ Prezidenti Donald Tramp və onun dostu, milyarder İlon Maskı tənqid edərək, onları satqın və Rusiya dövlət başçısı Vladimir Putinin sevgilisi adlandırıb.


Missiya.Az xəbər verir ki, yazıçı bu barədə özünün “X” sosial media hesabında paylaşım edib.


“Mən sadəcə demək istədim ki, Tramp satqındır və Putinə aşiqdir! Bu sözüm Trampın yaxın dostu İlon Maska isə ikiqat aiddir!", - deyə Kinq bildirib.



Daşqın Həsənov
Missiya.Az



  • 21-02-2025, 14:58