AZ   |   RU
"Xırdalanda, Masazırda yaşayanlara Allah səbr versin" - Müğənni


Müğənni Kərim Abasov ötən gecə instaqramda canlı yayım açaraq, qarın yaratdığı fəsadlardan danışıb:

Missiya.Az paylaşımı təqdim edir:

"Qar yağıb və Azərbaycanda hər şey bir-birinə dəyib. Bakıda aləm qarışıb. Yollar biabırçılıqdır. Allah bilir niyə Bakıya qar yağdırmır. Bilir ki, bizə yaraşmır. Xırdalanda, Masazırda yaşayanlara Allah səbr versin. Onlar bu yolda hər şeyi görüblər. Elə tıxaclar görüblər ki, yerləri cənnətlikdir. Hər dəfə bu yolu gedəndə onlara səbr diləyirəm".

Məlumat üçün deyək ki, Bakıda kəskin, qarlı hava müşahidə olunur, yollarda böyük çətinliklər yaranıb.



Zərintac Mayisqızı
Missiya.Az



  • 21-02-2025, 14:56