AZ   |   RU
ABŞ dövlət katibi Cənubi Afrikaya getməkdən imtina edib

ABŞ dövlət katibi Marko Rubio Cənubi Afrika hökumətinin anti-Amerika siyasətinə görə 20-21 fevral tarixlərində Yohannesburqda keçiriləcək G20-nin xarici işlər nazirlərinin toplantısına qatılmayacaq.


Missiya.Az xəbər verir ki, bu barədə diplomat özünün “X” sosial media hesabında məlumat yayıb.


“Mən Yohannesburqda keçiriləcək G20 toplantısında iştirak etməyəcəyəm”, - deyə siyasətçi vurğulayıb.


Rubio qeyd edib ki, mənim işim Amerikanın milli maraqlarını inkişaf etdirməkdir, vergi ödəyicilərinin pullarını antiamerikanizmə sərf etmək deyil.



Daşqın Həsənov
Missiya.Az



  • 6-02-2025, 09:50