AZ   |   RU
Azərbaycan Mərkəzi Bankı hesabatlılıqla əlaqədar iki şirkəti cərimələyib

 

Azərbaycan Mərkəzi Bankı (AMB) "Merano-Baku" ASC və "VMF” şirkətinin hər birini 2 000 manat cərimələyib.

Missiya.Az bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, qurumun apardığı cari nəzarət prosesləri çərçivəsində qanunvericiliklə müəyyən edilmiş müddətdə hesabatların təqdim olunması və Məlumatların Elektron Açıqlanması Sistemi vasitəsilə ictimaiyyətə açıqlanması qaydalarının pozulduğu üzə çıxıb.




  • 24-01-2025, 17:28