"İqtisadi sahədə dövlət sirrinə aid edilən məlumatların Siyahısı" genişlənib.
Missiya.Az xəbər verir ki, bu, Prezident İlham Əliyevin müvafiq Fərmanında əksini tapıb. Fərmana əsasən, Dövlət müdafiə sifarişi planlarını (tapşırıqlarını), silah, hərbi texnika və digər hərbi məhsulların buraxılmasını və göndərilməsini (pul və ya natura ifadəsində), istehsal həcmini, onların buraxılışının istehsal gücünü açıqlayan məlumatlar.
Müəssisələr (istehsalçı) tərəfindən silah, hərbi texnika və digər hərbi məhsulların işlənib hazırlanması, istehsalı (istehsalının dislokasiyası), ixracı, satışı, habelə onların istehsalının, ixracının, satışının təşkili barədə, eləcə də həmin müəssisələrin (istehsalçının) qeyd olunanlarla bağlı kooperasiya üzrə əlaqələri və onların maliyyə hesabatları haqqında məlumatlar bu siyahıya aid edilib. İndiyə qədər bu bənd aşağıdakı kimi idi: -Dövlət müdafiə sifarişi planlarını (tapşırıqlarını), silah və hərbi texnikanın istehsal həcmini, onların buraxılışının istehsal gücünü açıqlayan məlumatlar.
Müəssisələrin kooperasiya əlaqələri, silah və hərbi texnikanı işləyib hazırlayanlar və ya onların istehsalçıları haqqında məlumatlar, əgər həmin məlumatlar silah və hərbi texnika buraxılışının istehsal gücünə dair göstəriciləri və (və ya) silah və hərbi texnikanın əsas taktiki-texniki xüsusiyyətlərini açıqlayırsa.