AZ   |   RU
Nədən danışırıqsa, telefonda reklamını görürük – Səbəbləri nədir?+AÇIQLAMA



Günümüzdə, bu texnologiya əsrində hər birimiz smartfonlardan istifadə edirik, sosial şəbəkələrə daxil oluruq. Bunun müsbət tərəfləri çox olsa da, bəzən mənfi amillər də ortaya çıxır. Telefonların dinlənilməsi problemi zaman-zaman müzakirəyə səbəb olur, həmin məsələ aktuallığını hələ də itirmir. Bununla bağlı rəsmi faktlar yoxdur, ancaq tədqiqatlarla bu sübuta yetirilib.

İnformasiya və kommunikasiya texnologiyaları üzrə ekspert Fərhad Mirəliyev Missiya.Az-a açıqlamasında deyib ki, sözügedən problem bir neçə dəfə qalmaqal halında gündəmə gəlib:

“Həm “Facebook”, həm də “Apple” şirkətləri tərəfindən bəzi məlumatlar üzə çıxdı ki, onlar öz məhsullarında dinləmə məsələsini həyata keçirirlər, ya da üçüncü tərəf şəxslərə köçürürlər. İlk dəfə 2016-cı ildə “Facebook” bir xidmət istifadəyə verdi. İstifadəçilər üçün dinlədikləri musiqilər, baxdıqları videolar, proqramların adlarını “Facebook”da status olaraq qeyd etmək kimi xidmətlər fəaliyyət göstərməyə başladı. Həmin zaman da istifadəçilər haqlı olaraq şübhələndilər ki, belə bir funksionallıq varsa, onlar istəmədikdə də dinlənilə bilər. Məsələ ilə əlaqədar senatda bir neçə dəfə məhkəmələr keçirilib. Sonra “Cambrige Analitic” (İnformasiya-kommunikasiya texnologiyalarının inkişafı ilə internetin bütün sahələrə yayılması informasiya əsrini başladıb, müşahidə cəmiyyəti və onun yaratdığı rəqəmsal məxfilik pozuntuları ilə bağlı müzakirələrə yol açıb), Trampın birinci prezidentlik dövründə baş verən müəyyən məsələlər sübut etdi ki, məlumatlar həqiqətən də istifadəçilərdən götürülür”.

Mütəxəssisin sözlərinə görə, messencerə göndərilən hətta səsli mesajlar da mətnə çevrilərərək digər şirkətlərə ötürülür:

“Amma rəsmi açıqlamada “Facebook” rəhbərliyi deyirdi ki, belə hallar yoxdur, yalnız icazə ilə həmin proses baş tutur və insanlar özləri bunu tənzimləyirlər. Digər problem “Google” şirkətinin telefondakı assistenti “Siri” ilə bağlı yaşandı. Siri informasiyaları toplayır, bütün səs komandaları, müraciətlər üçüncü tərəflərə emal üçün yollanır. Onlar da hədəfli reklam üçün istifadə edirlər. Həmin məsələ çox böyüdü. Sonra “Apple” şirkəti müəyyən düzəlişlər etməli oldu ki, istifadəçilərin razılığını ala bilsin. Ancaq buna baxmayaraq assistentlər – “Siri”, ya da “Okey google” dedikdə reaksiya verməyə başlayırlar. Haqlı olaraq belə bir sual yaranır ki, sözügedən ifadələr rentgen rolunu oynayırsa, onda dinləmə prosesi daim gedir, ötürülür və s. Bəzi universitetlərdə araşdırmalar aparılıb - bir neçə gün telefonların yanında qəsdən müəyyən sözlərin işlədilməsi, həqiqətən də söyənilən ifadələrə aid reklamlar onların qarşısına çıxıb”.



Fərhad Mirəliyev əlavə edib ki, “Play mareket”  də daha bir tədqiqat aparıb, 1700-dən artıq proqram təminatı tətbiqləri yoxlanılıb:

“Onların içərisində 800 tətbiqin mikrofon və kameraya çıxış əldə etdiyinin şahidi olublar. Bizim inandığımız tətbiqlər vasitəsilə belə bizdən xəbərsiz olaraq səs, görüntü icazəsiz şəkildə başqa tərəfə göndərilə bilər. Bu, araşdırmalarla ortaya çıxıb. Ona görə də istifadəçi gərək ehtiyatlı davransın. Mikrofonu proqram təminatı vasitəsilə söndürməklə, kameranın üzərinin yapışqan lent vasitəsilə bağlamaqla müəyyən dərəcədə ehtiyat tədbirləri görmək olar”.



Zərintac Mayisqızı
Missiya.Az







  • Bu gün, 12:44