AZ   |   RU
Şəmkirdə baş vermiş partlayışda xəsarət alan qadın xəstəxanada ölüb


Ötən illin dekabrında Şəmkirdə baş verən partlayışda xəsarət alan qadın xəstəxanada ölüb. 



Missiya.Az APA-ya istinadən xəbər verir ki, 1985-ci il təvəllüdlü Ş. Əzizova Bakı şəhərində müalicə aldığı xəstəxanada dünyasını dəyişib. 


Qeyd edək ki, hadisə 2024 -cü il dekabrın 14-də səhər saatlarında Şəmkirin Seyfəli kəndində baş verib.



  • 18-01-2025, 23:56