AZ   |   RU
Bayden bu səbəbdən İtaliyaya səfərini ləğv etdi

ABŞ prezidenti Co Bayden Kaliforniyada baş verən yanğınlar səbəbindən İtaliyaya planlaşdırılan səfərini ləğv edib. 


Missiya.Az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karin Jan-Pyer məlumat verib.


Qeyd edək ki, Ağ ev rəhbəri bu gün İtaliyaya səfər etməli idi. Bayden burada İtaliyanın Baş naziri Georgia Meloni və Roma Papası Fransisklə görüşlər keçirməli idi.


Məlumata görə, bu Ağ Ev rəhbərinin xaricə son səfəri olacaqdı.

 


Daşqın Həsənov
Missiya.Az



  • Bu gün, 10:42