AZ   |   RU
"Müdafiə naziri Nazirliyin bunkerində sərhəddəki vəziyyətlə bağlı təcili iclas keçirir" - "Hraparak"

Ermənistanın müdafiə naziri Suren Papikyanın sərhəddəki gərginliyi müzakirə etmək üçün Nazirliyinin bunkerlərində təcili məsləhətləşmələr aparır. 

Missiya.Az
xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri məlumat yayıb. 

Qeyd edək ki, Azərbaycan-Ermənistan dövlət sərhəddində vəziyyət gərginləşib.

Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədində ölkəmizə qarşı genişmiqyaslı təxribatlarını davam etdirir. Ermənistan mediası 6 hərbçinin Azərbaycan əsgərləri tərəfindən saxlanıldığı barədə məlumat yayıb. 

Elvin
Missiya.Az


  • 16-11-2021, 15:42