AZ   |   RU
Mahir Emrelinin qolu "Nürnberq" tərəfindən ən yaxşı seçilib


Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin Almaniya II Bundesliqasının IX turunda "Qroyter Fyurt" komandasına vurduğu qol çıxış etdiyi "Nürnberq" klubu tərəfindən 2024/2025 mövsümünün ilk yarısının ən yaxşısı seçilib.


Missiya.Az "Report"a istinadən xəbər verir ki, 27 yaşlı hücumçunun qolu "top 10"da birinci yerə layiq görülüb.

Forvardın XI turda "Hamburq"un qapısından keçirdiyi dəqiq zərbə siyahıda 9-cu sırada yer alıb.

Qeyd edək ki, Mahir Emreli cari mövsüm transfer olduğu "Nürnberq" klubunda 4 qol vurub.




  • 28-12-2024, 22:37