AZ   |   RU
Azərbaycanın D-8-ə üzvlüyü bu təşkilatı daha da gücləndirəcək- Ərdoğan

Azərbaycanın İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatına (D-8) üzvlüyü bu təşkilatı daha da gücləndirəcək.


Missiya.Az "Report"a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciətində deyib. 


O bildirib ki, təşkilatın 3 qitədə də təsiri artıb.


Qeyd edək ki, dekabrın 19-da Misirin paytaxtı Qahirə şəhərində D-8 XI Sammiti zamanı Azərbaycan yekdilliklə D-8 təşkilatının üzvü seçilib.




  • 23-12-2024, 21:43