AZ   |   RU
İmişlidə 59 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb, araşdırma aparılır

 

Şəxsin elektrik cərəyanı vurması nəticəsində ölməsi faktı ilə bağlı araşdırma aparılır.

Bu barədə Missiya.Az-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, dekabrın 18-də İmişli rayon sakini, 1965-ci il təvəllüdlü Rasim Şükürovun rayonun Oruclu kəndindən keçən transformatorun üzərindəki 10 kv-luq elektrik xəttini kəsərkən elektrik cərəyanı vurması nəticəsində ölməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.




  • Dünən, 11:09