AZ   |   RU
Ərdoğan Suriyadakı hadisələrin ən böyük qalibidir - Fransa mətbuatı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan əlindəki kartları yaxşı oynadı.


Missiya.Az xəbər verir ki, bu barədə Fransanın “Agence France-Presse” agentliyi yazı dərc edib.


"Ərdoğan güc və təhlükəsizliyi ön planda tutan bir vizyonla uzunmüddətli strategiya həyata keçirdi. Ərdoğan Suriyadakı hadisələrin ən böyük qalibidir", - deyə vurğulanıb.


Qeyd olunub ki, ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın Amerika qoşunlarını Suriyadan çıxarma qərarı YPG-ni zəiflədəcək və bu vəziyyət Ərdoğanın əlini xeyli gücləndirəcək.



Daşqın Həsənov
Missiya.Az



  • 19-12-2024, 11:20