AZ   |   RU
Rusiya ordusu Donetskin Sontsovka kəndini işğal edib - "DeepState”

Rusiya qoşunları Ukraynanın Donetsk vilayətinin Sontsovka kəndini ələ keçirib.


Missiya.Az xəbər verir ki, bu barədə “DeepState” məlumat yayıb.


“Düşmənin Donetsk vilayətinin bir neçə yaşayış məntəqəsində irəliləməsi də qeydə alınıb”, - deyə vurğulanıb.


Qeyd olunub ki, Rusiya ordusu Sontsovkanı işğal edib, həmçinin Novotroitski, Berestki, Zelenovka, Novı Komar, Storozhevoy yaxınlığında, Kuraxovo, Puşkino, Daçenski və Vidrodjennidə irəliləyib.

 


Daşqın Həsənov
Missiya.Az



  • 18-12-2024, 10:15