AZ   |   RU
Keyfiyyətli şokoladı necə tanıyaq?



Şokolad bir çox insanların sevdiyi və faydalı şirniyyatlardandır. Yüz min il bundan əvvəl Azteklər tərəfindən maye kimi istehlak edilən şokolad Amerikanın kəşfindən sonra kakaonun Avropaya gətirilməsi ilə meydana gəlib. Aztekslər ədviyyat və kakaonun qarışığından maye şokoladdan hazırlayırdı. İçində şəkər olmadığı üçün acı bir içki idi. Kakao Avropaya gətirildikdən sonra sənaye inqilabı baş verib və şokolada şəkər əlavə edilərək istehsalına başlanıb.


Nəticədə şokolad ilk halından tamamilə fərqli olub. Süd tozununun da qarışdırılması ilə dadı daha yumşaq forma qazanıb. Sözügedən şirniyyatın  bəzi növlərində A, B, C, D, E vitaminləri mövcuddur Maqnezium, sink, dəmir, mis kimi minerallardan ibarətdir, həzmi asandır, immunitet sistemini gücləndirir və xoşbəxtlik hissi verir.


Təəssüf ki, əksəriyyətimiz keyfiyyətli şokoladları tanıya bilmirik. Lakin mütəxəssislər bunun üçün də müəyyən üsullar təyin ediblər.


Keyfiyyəti şokoladda kakao nisbəti 50-70%-dək, şəkər nisbəti isə 30%-dən çox olmamalıdır. Sənaye marqarini deyil kakao yağı istifadə edilməlidir. Şokolad hamar olmalı, qırıldıqda unikal səs eşidilməli, qırıntısı olmamalıdır. Digər məqamlardan biri də onun görünüşüdür. Keyfiyyətsiz şokoladlarda bitki yağları olduğuna görə üstü adətən parlaq və yağlı olur. Onlar uzun müddət öz formasını saxlamır və tez əriyir.


Habelə bu şirniyyatın keyfiyyətlisi daxili hissəsi ağac qabığına bənzəməlidir. Ləzzətindən də ayırd etmək olar. Yaxşı şokoladı ağzınıza qoyduğunuz anda əriyir, hamarlığı ilə sizi heyran edir və məxmər hissi yaradır. Bitki yağlı şokoladlar ağızda yapışqan və mumlu bir dad buraxır.


Zərintac Mayisqızı
Missiya.Az




  • 17-12-2024, 10:46