AZ   |   RU
Samuxda 18 yaşlı qız dəm qazından boğularaq ölüb


Samuxda zəhərlənmə faktı qeydə alınıb.

Missiya.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Ziyadlı kəndində qeydə alınıb.

Belə ki, 2006-cı il təvəllüdlü kənd sakini F. Abbaszadə yaşadığı evin vanna otağında dəm qazından zəhərlənərək ölüb.

Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Fakt araşdırılır.




  • 6-12-2024, 21:04