AZ   |   RU
ÜHST təsdiqlədi: Azərbaycanda "quş qripi" xəstəliyi yoxdur


Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı (ÜHST) Azərbaycanın yüksək patogen "quş qripi" xəstəliyindən azadolma statusunu təsdiqləyib. 


Bu barədə Missiya.Az-a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.


 Bildirilib ki, beynəlxalq təşkilat AQTA-nın ölkədə heyvan sağlamlığını və bioloji təhlükəsizliyi təmin etmək, başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərinin qarşısının alınması istiqamətində gördüyü kompleks tədbirləri nəzərə alıb. Artıq Azərbaycanla bağlı məlumatlar ÜHST-nin rəsmi internet səhifəsində yayımlanıb. 


Xatırladaq ki, yüksək patogen quş qripi insanlar üçün də təhlükəli olan, virus mənşəli zoonoz infeksiyalardan biridir. Hazırda dünyanın 50-dən çox ölkəsində xəstəliyin aktiv ocaqları mövcuddur.



  • 18-11-2024, 10:49