AZ   |   RU
Qırğız Respublikasının Prezidenti COP29-da iştirak etmək üçün Azərbaycana gəlib



Qırğız Respublikasının Prezidenti Sadır Japarov noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə Azərbaycana səfərə gəlib.

Missiya.Az Report-a istinadən xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın səhiyyə naziri Teymur Musayev və digər rəsmi şəxslər qarşılayıblar.




  • 11-11-2024, 21:59