AZ   |   RU
"Paşinyan 44 günlük müharibədəki məğlubiyyətini ört-basdır etmək üçün komissiya yaradır" - Ermənistan mediası yazır

Ermənistanın baş naziri Nikol Paşinyan İkinci Qarabağ Müharibəsində baş verənləri öyrənmək üçün komissiya yaratmağa hazırlaşır.

Missiya.Az xəbər verir ki, bu barədə Paşinyan parlamentlə hökumət arasında keçirilən sonuncu sorğu-sual zamanı danışıb. 

Ermənistanın “Hayeli.am” saytında dərc olunan yazıda qeyd edilib ki, Nikol Paşinyan komissiya yaratmaqla 44 günlük müharibə zamanı buraxdığı səhvləri ört-basdır etmək istəyir. Müəllif yazır ki, görüşdə Paşinyana yaxın partiyaların iştirak edib.

Sita: “Nikol Paşinyanın tərəfdarı olan partiya üzvləri həmin komissiyada nə edəcək? Onlar yalnız baş nazirin 44 günlük müharibə ilə yekunlaşmayan günahını ört-basdır etməyə kömək edə bilər. Əslində dövlətimizin məğlubiyyəti ondan çox-çox əvvəl başlayıb, indi də davam edir. Paşinyan aylar əvvəl parlamentdənkənar siyasi qüvvələrlə əməkdaşlıq şurası yaratmışdı. Baş nazirin onu dəstəkləyən xalq partiyalarından nə gözlədiyi bəlli deyildi. İndi isə eyni ssenari həyata keçirilir. Paşinyana məğlubiyyətin məsuliyyətindən boyun qaçırmaq, məğlubiyyətin səbəblərini ört-basdır etmək və bulanıqlaşdırmaq üçün həmin qüvvələr lazımdır. Rusların məşhur deyimi var: məsələni ört-basdır etmək istəyirsənsə, kimissiya yarat”, - sitatın sonu.

Müəllif yazır ki, Paşinyan sevdiyi parlamentdənkənar deputatlarını həmin komissiyaya daxil edərsə, bütün qərarlar onun xeyirinə qəbul oluna bilər.
 
Rəsmi açıqlamaya görə, “Respublika” partiyasının lideri Aram Sarkisyan, Liberal Partiyasının lideri Samvel Babayan, “Alyans” mütərəqqi mərkəzçi partiyasının nümayəndəsi Tiqran Arzakantsyan, “Ədalətli Ermənistan” partiyasının lideri Norayr Norikyan, “Suveren Ermənistan” partiyasının lideri David Sanasaryan, Ermənistanın Avropa Partiyasının lideri Tiqran Xzmalyan, Ermənistan Xristian-Demokrat Partiyasının sədri Leon Şirinyan, Vahid Vətən Partiyasının sədri Mher Terteryan, Mühafizəkarlar Partiyasının lideri Mikael Ayrapetyan, Ermənistan Sosial Demokrat Hunçak Partiyasının İdarə Heyətinin sədri Sedrak Açemyan parlamentdənkənar siyasi qüvvələrlə məşvərət iclasının növbəti iclasında iştirak ediblər.

Elvin
Missiya.Az


  • 2-11-2021, 15:31