AZ   |   RU
Səhiyyə Nazirliyinə yeni səlahiyyət verilib

“Şəxsin narkoloji xəstəliyə düçar olmasının (narkoloji xəstəliyin diaqnozunun) müəyyən edilməsi və ya təsdiqlənməsi məqsədilə tibbi yoxlamanın aparılması Qaydası”na dəyişiklik edilib.

Missiya.Az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı müvafiq qərar imzalayıb.

Dəyişikliyə əsasən, yoxlama aparılması ilə əlaqədar tibbi sənədlər (xəstəlik tarixi, həkim-məsləhət komissiyasının rəyinin surəti və s.) istintaq orqanı, prokuror, məhkəmə ilə yanaşı, Səhiyyə Nazirliyinə də veriləcək.


  • 2-11-2021, 13:39