Çərşənbə 7 May 2025 / 6:45:26
                    AZ   |   RU
Tramp qalib gəlmək üçün lazım olan 270 səsdən 267-ni toplayıb

ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd Donald Tramp qələbə üçün lazım olan 270 seçici səsindən 267-ni qazanıb.


Missiya.Az xəbər verir ki, bu barədə “Fox News” məlumat yayıb.


Bildirilir ki, Demokratlar Partiyasının namizədi Kamala Harris isə 216 seçici səsini qazanıb.


Qeyd edək ki, Tramp 270 səs toplayacağı təqdirdə ABŞ-nin 47-ci prezidenti olacaq.



Daşqın Həsənov
Missiya.Az



  • 6-11-2024, 11:00