AZ   |   RU
Müalicə üçün Türkiyəyə göndərilən qazilərin sayı açıqlanıb

""YAŞAT" Fondu bu günə qədər 145 qazimizi müalicə üçün Türkiyəyə göndərib".

Missiya.Az xəbər verir ki, bunu "Report"a açıqlamasında "YAŞAT" Fondunun rəhbəri, Vətən müharibəsi qazisi Elvin Hüseynov deyib.

E.Hüseynov bildirib ki, onlardan 103-ü müalicəsini tamamlayaraq Vətənə qayıdıb: "Hazırda Türkiyədə 42 qazimizin müalicəsi davam etdirilir".


  • 29-10-2021, 16:43