AZ   |   RU
İranın ali rəhbərini tənqid edən din xadimi ayətullah Yəzdi həbs olundu


İranda tanınmış din xadimi Cavad Mühəqqiq Yəzdi ölkənin ali rəhbəri Əli Xameneini və hökumətin siyasətini tənqid etdiyi üçün saxlanılıb.



Missiya.Az xəbər verir ki, bu barədə "Azad İran" telegram kanalı məlumat yayıb.


Məlumata görə, bir müddət öncə din xadimi İranın ali rəhbəri ilə bağlı belə bir açıqlama vermişdi:


"Əgər Əli Xamenei öz oğullarını Livan və Qəzzaya göndərsə, mən də getməyə hazıram. Xalqın övladlarını ölümə göndərirsiniz, öz övladlarınız üçün isə mühafizəçi tutursunuz".


Xatırladaq ki, İranda son illərdə tənqidçi din xadimləri həbs qərarları ilə üzləşirlər.



  • 12-10-2024, 11:49