AZ   |   RU
"İsrailə etdiyimiz hücumlar qanuni idi” - Xameneyi


Bu gün İranın ali rəhbəri Əli Xamenei Hizbullah lideri Həsən Nəsrullahın anım mərasimində çıxış edib. 

Missiya.Az xəbər verir ki, bu barədə "Azad İran" teleqram kanalı məlumat yayıb.

İranın İsrailə qarşı son raket hücumlarına toxunan Xamenei deyib: “Silahlı qüvvələrimizin İsrailə raket zərbələri onların bölgədə etdiklərinə ən az cəza idi. İsrailə edilən hücumlar qanuni və legitim idi. Biz bu tapşırığı yerinə yetirərkən nə ləngiyirik, nə də tələsik addım atırıq”.

İranın ali rəhbəri əlavə edib ki, gələcəkdə lazım olarsa, İsrailə yenidən hücum ediləcək.


Zərintac Mayisqızı
Missiya.Az




  • Dünən, 15:01