AZ   |   RU
Polşa Yaxın Şərqdəki eskalasiya səbəbindən miqrant sayının artacağını düşünür


Polşa hakimiyyəti Yaxın Şərqdə vəziyyətin gərginləşməsi səbəbindən Belarusla sərhəddə qanunsuz miqrantların sayının artacağını gözləyir.

Missiya.Az 
xarici KİV-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında respublikanın milli müdafiə naziri Vladislav Kosinyak-Kamış deyib.

“Bəli, bunun sərhəddə təzyiqi artırması ehtimalı var, biz buna hazırıq”, - PAP agentliyi nazirin sözlərindən sitat gətirib.

O, jurnalistlərdən birinin Yaxın Şərqdə baş verənlərlə bağlı Polşanı miqrasiya dalğası ilə təhdid edib-etmədiyi sualına belə cavab verib. Siyasətçi əlavə edib ki, onun rəhbərlk etdiyi idarə vəziyyətin inkişafını diqqətlə izləyir.


Zərintac Mayisqızı
Missiya.Az




  • 2-10-2024, 09:59