AZ   |   RU
1 oktyabr bu əlamətdar hadisələrlə yadda qalıb



Artıq sarı yarpaqlarını bircə-bircə üzərimizə salan qızıl payız fəslini yaşayırıq. Bu oktyabrın ilk günüdür. Şübhəsiz, hər gün müəyyən əlamətdar hadisələrlə xatırlanır.

Missiya.Az olaraq oktybarın 1-də baş verən xüsusi hadisələrin, xatırlanan tarixi şəxsiyyətlərin bəzilərini sizin üçün araşdırdıq.

Bu gün doğulan və anılan tarixi şəxsiyyətlər:

Tanınmış rejissor, ssenari müəllifi, baş redaktor, təcrübəçi rejissor, film direktoru, prodüser, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi Ziyafət Abbasov 1 oktyabr, 1935-ci ildə Bakıda dünyaya gəlib.

1963-1968-ci illərdə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsində təhsil alıb. 1968-1974-cü illərdə Azərbaycan Dövlət Televiziya və Radio şirkətində, 1974-cü ildən "Azərbaycanfilm" kinostudiyasında rejissor işləyib. Əməkdar İncəsənət xadimidir. "Mozalan" kinojurnalı üçün 34 bədii və sənədli süjet çəkib. Ziyafət Abbasov bir müddət "Azərbaycanfilm" kinostudiyasının nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasının bədii rəhbəri olub. 1994-cü ildə kinostudiyaya direktor əvəzi təyin edilib, 1994-2001-ci illərdə "Azərbaycanfilm”in direktoru vəzifəsində çalışıb.

Tanınmış şair, tərcüməçi, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi Vaqif Bayatlı Odər 1948-ci ilin bu günü Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində anadan olub.

Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun sənaye və mülki tikinti fakültəsinin axşam şöbəsində oxuyub. Bakıda 445 saylı tikinti idarəsində fəhlə, inşaat texniki, 48 saylı tikinti idarəsində normalayıcı mühəndis, "Məhsul" cəmiyyəti mərkəzi şurasında mühəndis, "Ulduz" jurnalında şöbə müdiri işləyib (1981-1990). "Xəzər" toplusunun baş redaktor kimi çalışıb (1989-1992). Azərbaycan Televiziya və Radio Şirkətinin xarici ölkələrə verilişlər studiyasının direktoru vəzifəsində olub (1992-). Azərbaycan Yazıçılar Birliyi katibliyi idarə heyətinə (gənclərlə iş üzrə) katib seçilib(1991-). Ümumittifaq konfranslarında, Sovet ədəbiyyatı günlərində, XI poeziya festivalında iştirak edib. Azərbaycan mətbuat fondunun "Mirzə Cəlil mükafatı"na (1993) və Moskvanın "Molodaya qvardiya" nəşriyyatının kütləvi tirajla buraxdığı "Sıçrayış" kitabına görə Gürcüstan Nazirlər Sovetinin "Vladimir Mayakovski mükafatı" laureatı olub.

Azərbaycanın Milli Qəhrəmanı İmamverdi Əliyev 1 oktyabr, 1950-ci ildə İmişli rayonunda doğulub.

Qarabağ Һadisәlәri başlayanda İmamverdi Cəbrayıl rayonunda mübarizəyə atılıb. Bu cəbhədə döyüşlərin birində dörd ermәni tankını mәһv edib, Hadrud rayonunun Şaqax kәndi yaxınlığında iki yüz azğın düşmənə qarşı on altı saat döyüşüb, 28 nәfәr ermәni quldurunu yerә sәrib. İgidimiz 1991-ci il 15 noyabrında şəhadətə yüksəlib. Ailəli idi, iki övladı var. Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Əliyev İmamverdi Barat oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Qəhrəmanımız İmişli rayonunda dəfn olunub.

Bu gün həm də Azərbaycanın Xalq artisti, xanəndə Mənsum İsrafil oğlu İbrahimovun (1960) anadan olduğu gündür. O Ağdamda dünyaya göz açıb.

Oktyabrın 1-i habelə, şəhidimiz, Azərbaycanın Milli Qəhrəmanı Kazım Məmmədovun (1969) anadan olduğu, şair Əliağa Vahidin (1965) anım günüdür.

Bayram və xüsusi günlər: 

1.Dünya Memarlıq Günü 1949-cu ildə Lozannada təsis edilib. Həmin vaxtdan başlayaraq hər il oktyabr ayının birinci bazar ertəsi Memarlar Günü kimi qeyd olunur.

2. Beynəlxalq Musiqi Günü UNESCO-nun qərarı ilə 1975-ci il oktyabrın 1-də təsis edilib. Bu bayram hər il bütün dünyada ən yaxşı artistlərin və incəsənət kollektivlərinin iştirak etdikləri möhtəşəm konsert proqramları ilə keçirilir. Həmin gün dünya musiqi xəzinəsinin qeyri-adi, bənzərsiz inciləri ifa edilir.

3.Dünya Dostluq Günü 1958-ci ildə bir neçə Cənubi Amerika ölkəsində qeyd olunub. Xüsusilə Paraqvayda. 27 Aprel 2011-ci il tarixində Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyası tərəfindən rəsmi Beynəlxalq Dostluq Günü kimi 30 İyul elan olunub. Ancaq Hindistan və bəzi ölkələr Dünya Dostluq Gününü avqust ayının ilk bazar günü olaraq qeyd edir.

4.BMT-nin Baş Məclisi 1992-ci ildə Ahılların müdafiəsi ilə bağlı Qətnamə qəbul edib. Həmin Qətnamənin prinsiplərinə uyğun olaraq hər oktyabr ayının 1-i Beynəlxalq Ahıllar Günü kimi keçirilir, həmçinin 1999-cu il Beynəlxalq Ahıllar ili elan olunub. Bu məsələyə Respublikamızda da ciddi diqqət yetirilir. 2001-ci il iyunun 22-də "Ahıllara sosial xidmət haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edilib. Qanuna əsasən ölkədə 70 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşları, habelə Azərbaycan Respublikasında daimi yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslər ahıl sayılır.



Zərintac Mayisqızı
Missiya.Az




  • 1-10-2024, 11:27