AZ   |   RU
İranın birinci vitse-prezidenti İrəvana səfər edib


İranın birinci vitse-prezidenti Məhəmmədrza Arif bu gün İrəvana gedib.

Missiya.Az
xəbər verir ki, bu  barədə “Tasnim” informasiya agentliyi məlumat yayıb.

Səfər Ermənistanın baş naziri Nikol Paşinyanın dəvəti ilə reallaşır. M.Arif İrəvanda keçirilən Avrasiya İqtisadi İttifaqına üzv ölkələrin hökumət başçılarının iclasında xüsusi qonaq kimi iştirak edəcək. Birinci vitse-prezident 1 gün davam edəcək səfərdə Avrasiya İqtisadi İttifaqının toplantısında danışacaq, bəzi ölkələrin hökumət başçıları ilə görüşəcək.



Zərintac Mayisqızı
Missiya.Az



  • 1-10-2024, 11:12