AZ   |   RU
Çayı qaynar içməyin fəsadları


Çay əksəriyyətimizin çox sevdiyi içkidir. İlin bütün fəsillərində ona üstünlük veririk. Süfrələrimizin bəzəyidir. Bəzilərimiz bu içkini normal istlikdə içsək də, bir çoxmuz qaynar-qaynar xoşlayırıq. Çayı çox isti şəkildə daha ləzzətli hesab edirik. Lakin zərərləri ilə bağlı kifayət qədər məlumatımız yoxdur.

Həkimlər qaynar çay istehlakının fəsadlarına dair mütəmadi xəbərdarlıq edir, həyəcan təbili çalır. Amma həmin çağırışa riayət etməyənlər hələ də var. Belə ki, sözügedən içki normal istilikdə qəbul edilmədikdə insanların ən böyük düşməni olan xərçəng əmələ gəlir, ölümə aparır. Qaynar halda çay onkoloji xəstəliklərin birbaşa dostudur. Belə ki, dil, qırtlaq, udlaq və mədə xərçəngi ilə nəticələnə bilir. Ümumiyyətlə həddindən artıq isti xörəklər, kofe də sözügedən xəstəliklərin carçısıdır.

Vurğulayaq ki, dil tez-tez zədələnən orqandır və selikli qişası daim dəyişir. Bu da diaqnozu çətinləşdirir. Çox vaxt dildə papillomalar şəklində lezyonlar ortaya çıxır ki, mədə-bağırsaq traktının və disbakterioza (bağırsaq mikroflorasının tərkib və miqdarının pozulması nəticəsində yaranan patoloji vəziyyətdir) səbəb olur. Dilin üzərində xoralar, vərəm də yarana bilər və s.

Mütəxəssislər isti havada çayı sərin yerdə, kondisionerli mühitdə içməyi məsləhət görür. Ona görə ki, bədəndə həddindən artıq qızma olmasın. Bu da termorequlyasiyanı ( ətraf mühitin temperaturunun fərqli olmasına baxmayaraq canlı orqanizmlərin bədən istiliyini müəyyən sərhədlərdə saxlamaq qabiliyyəti) pozur.

Habelə gün ərzində iki dəfədən çox çay içmək olmaz.


Zərintac Mayisqızı
Missiya.Az








  • 25-09-2024, 12:08