AZ   |   RU
Ceyhun Bayramov maltalı həmkarı ilə Azərbaycan-ATƏT münasibətləri barədə danışıb


Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ABŞ-da BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində maltalı həmkarı, ATƏT-in fəaliyyətdə olan sədri İan Borq ilə görüşüb.


Missiya.Az "Report"a istinadən xəbər verir ki, bu barədə C.Bayramov “X” səhifəsində paylaşım edib.

“Azərbaycan-Malta əməkdaşlığı, Azərbaycan-ATƏT münasibətləri, münaqişədən sonra regiondakı normallaşma prosesi və COP29-a hazırlıqla bağlı fikir mübadiləsi aparıldı”, - paylaşımda vurğulanıb.




  • 24-09-2024, 20:52