“Rusiya Qarabağda atəşkəsin pozulmaması üçün hər şeyi edir”.
Missiya.Az "RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü
Mariya Zaxarova həftəlik brifinqdə deyib.
Onun sözlərinə görə, Qarabağdakı vəziyyət Rusiya sülhməramlı kontingenti, Ermənistan və Azərbaycan Silahlı Qüvvələrinin rəhbərliyi səviyyəsində müntəzəm təmasların mövzusudur: “Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasındakı vəziyyət, o cümlədən son hadisələr Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin oktyabrın 14-də Minskdə MDB Xarici İşlər Nazirləri Şurası çərçivəsində üçtərəfli görüşü zamanı müzakirə edilib”.