AZ   |   RU
Qrip mövsümü erkən başladı- Hansı ayda peyvənd etmək daha effektivdir?

 

Keçən il müalicəyə davamlı qrip epidemiyası baş verib və 2023-2024-cü illər qrip mövsümündə 45 mindən çox insan qripin ağırlaşmalarından ölüb.

Missiya.Az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Bildirilib ki, bu il qrip erkən başlayıb və qrip peyvəndi ötən mövsümdən fərqli olaraq dördlü deyil, üçlü tərkibə malikdir.

Bəs bu il qrip mövsümü necə olacaq? Qrip peyvəndini hansı ayda almaq daha effektivdir?

Qrip hər il dünyada milyonlarla insanı əhatə edən və ciddi sağlamlıq problemləri yarada bilən viral xəstəlikdir. Xüsusilə payız və soyuq qış aylarında rast gəlinən qrip, yüngül soyuqdəymədən yüksək hərarət və şiddətli yorğunluq kimi daha ciddi əlamətlərə qədər geniş simptomlar göstərə bilər.

Son illərdə qripə yoluxma hallarında ciddi artım var. Məsələn, keçən il müalicəyə davamlı olan və sağalması həftələrlə davam edən yeni qrip epidemiyası baş verdi. Virusun yeni ştammları və peyvənd strategiyalarında dəyişikliklər səbəbindən bu il də qrip mövsümünün necə olacağı maraq doğurur.

Təbii ki, qarşısını almaq üçün müəyyən normativlərə diqqət yetirmək lazımdır. Ən yaxşı vasitələrdən biri də peyvənd hesab olunur.

Mütəxəssislər qeyd edirlər ki, peyvənd üçün ən yaxşı vaxt oktyabr-noyabr aylarıdır. Əksər hallarda peyvəndin bir dozası kifayətdir. Bununla belə, risk qrupunda olanlara qışın sonunda ikinci peyvənd tövsiyə oluna bilər .


Leyla SƏMƏNDƏR
Missiya.Az




  • 18-09-2024, 10:52