AZ   |   RU
Ukrayna ordusu Kurskda 8 min 900-dən çox hərbçisini itirib

Ukrayna Silahlı Qüvvələri gün ərzində Kursk istiqamətində 350-dən çox hərbi qulluqçusunu itirib.


Missiya.Az “TASS”a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.


Bildirilir ki, bununla da Ukraynanın Kursk istiqamətindəki ümumi itkiləri 8 min 900 nəfəri keçib.


Qeyd olunub ki, bundan əlavə, ümumilikdə Kursk istiqamətində gedən döyüşlər zamanı düşmən 80 tank, 38 piyada döyüş maşını, 70 zirehli transportyor, 549 zirehli döyüş maşını, 261 avtomobil, 65 artilleriya qurğusu, 19 reaktiv yaylım atəşi qurğusunu itirib. 



Daşqın Həsənov
Missiya.Az



  • 2-09-2024, 15:18