AZ   |   RU
Rusiya Baş nazirinin müavini ölkədən qaçdı


Rusiya Federasiyası Baş nazirin müavini Tatyana Qolikova ölkədən qaçıb.



Missiya.Az xəbər verir ki, bu barədə məlumat Rusiyanın populyar "Youtube" kanallarında yayılıb.


Bildirilib ki, Qolikova ölkəni gizli şəkildə şəxsi təyyarə ilə tərk edib. Onun yoxluğu xüsusi əhəmiyyətə malik məsələlərə dair hökumət iclaslarında iştirak etməməsindən sonra diqqət çəkib. Aparılan araşdırmalardan sonra aydın olub ki, Qolikovaya bu işdə onun Qərb ölkələrindəki dostları kömək edib və o, özü ilə xaricə külli miqdarda pul çıxarmağa da müvəffəq olub.


Hələlik onun ölkəni tərk etməsinin səbəbi aydın deyil. Qolikovanın Avropa ölkələrindən birinə qaçdığı ehtimal olunur.


Qeyd edək ki, yüksək dövlət postu tutan məmurun ölkədən qaçması xəbəri rəsmi səviyyədə etiraf olunmayıb. Bundan əvvəl Rusiya mediasında Qolikovanın Avropa ölkələrindəki villalarının və qolf klublarının fotosu yayılmışdı. O, Baş nazirin müavini təyin olunmazdan əvvəl müxtəlif vəzifələrdə çalışıb.


Bu sıra Rusiya maliyyə nazirinin birinci müavini, səhiyyə və sosial inkişaf naziri, eləcə də Hesablama palatasının sədri kimi mühüm vəzifələri göstərmək olar.


Elcan
Missiya.Az


  • 16-08-2024, 23:29